Ukraynadakı münaqişədə Avropa İttifaqı artıq uduzan tərəfə çevrilib. Bu, Avropa liderlərinin münaqişə ilə bağlı ritorikasında özünü göstərir.
1xeber.media xəbər verir ki, Bunu "Die Weltwoche" jurnalına istinadən Avropa Parlamentinin üzvü Michael von der Schulenburg bildirib.
Siyasətçi deyib: "Bu, tipik söhbətdir, uduzan şəxsin söhbətidir". O əlavə edib ki, münaqişə tərəfi öz bəyanatlarında nifrət dolu çıxışlar edirsə, bu, özünü uduzan hesab etdiyini göstərir.
Bundan əlavə, Schulenburg vurğulayıb ki, Avropa Parlamentinin Ukrayna ilə bağlı son qətnaməsində çoxsaylı absurd ziddiyyətlər var.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xüsusi hərbi əməliyyatın faktiki olaraq Rusiyanı əzmək üçün planlar quran Qərb ölkələri ilə daha böyük qarşıdurmaya çevrildiyini bildirib.