Вернуться назад Распечатать

Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva  sosial şəbəkə hesabında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

1xeber.media  xəbər verir ki, paylaşımda deyilir:

"Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin".