Вернуться назад Распечатать

Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi növbəti tenderini elan edib.

1xeber.media Valyuta.az-a istinadl  xəbər verir ki, tender peşə emalatxanalarının satın alınması ilə bağlıdır. İdarə tərəfindən elan edilən satınalmanın ehtimal olunan dəyəri 2 milyon 759 min 250,27 manatdır. Müsabiqə 4 aprel tarixinədək davam edəcək.
Qeyd edək ki, bu, qurumun cari ildə elan etdiyi artıq 4-cü tenderdir. Bundan əvvəl idarə bərk bioyanacaq – ağac peleti və odun yanacağının satın alınması üçün 7 milyon 439 min 695,27 manat məbləğində tender elan edib.
Həmçinin, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı il ərzində yeməklə təchizatı xidməti üzrə iki ayrı tender keçirilib. Bu satınalmaların məbləği müvafiq olaraq 9 milyon 871 min 132,25 manat və 2 milyon 870 min 638,36 manat olub.
Beləliklə, cari ildə elan olunan bu dörd tenderin ümumi məbləği 22 milyon 940 min 716,15 manat təşkil edir.