Вернуться назад Распечатать

Elşən Həsənli Qarasaqqal kəndində sakinlərlə görüşdü

Fevralın 25-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli növbəti səyyar qəbulunu Qarasaqqal kənd sakinləri ilə keçirib. Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib. 

1xeber.media xəbər verir ki,qəbuldan sonra icra başçısı şəhid ailələrini, şəhid məzarlarını və Vətən müharibəsində hər iki gözünü itirmiş qazi Nuriyev Rəhman Təvəkgül oğlunu ziyarət etmişdir.