Suriyada Əsəd hakimiyyətinə son qoyulduqdan sonra nələr baş verəcək kimi suallar hər kəsi düşündürür. Əksər politoloqlar hesab edir ki, Suriyanın ərazi bir neçə dövlət arasında bölüşdürüləcək.
1xeber.media xəbər verir ki, Türkiyənin Suriyadakı mövqeləri günü gündən daha da güclənir. Və Türkiyə ordusunun regionda ən güclü ordulardan biri olduğunu nəzərə alsaq deyə bilərik ki, Rəcəb Tayyib Ərdoğan Suriya ərazisinin bir hissəsini ilhaq etməyə çalışacaq.
Bunu rusiyalı hərbi ekspert Oleq Qlazunov deyib: "Düşünürəm ki, Ərdoğan neoosmanizm layihəsi çərçivəsində ərazinin müəyyən bir hissəsini götürməyə çalışacaq”.