Вернуться назад Распечатать

Ramiz Əzizbəylinin xanımı vəfat etdi

 

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli vəfat edib.

1xeber.media Baku.ws-ə istinadən xəbər verir ki, Zümrüd Əzizbəyli bir ay komada qaldıqdan sonra dünyasını dəyişib.

Bu barədə sayta Ramiz Əzizbəylinin qardaşı gəlini Nərmin Əzizbəyli bildirib. O qeyd edib ki, Zümrüd Əzizbəyli uzunsürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.

Xatırladaq ki, Ramiz Əzizbəyli 2021-ci ildə uzunsürən xəstəlikdən sonra vəfat edib.