Вернуться назад Распечатать

Ruslar internet qiymətlərinin qalxacağı ilə bağlı xəbərdarlıq ediblər

Fiber optik qiymətlərinin artması səbəbindən Rusiyada internetə çıxış daha bahalaşacaq.

1xeber.media xəbər verir ki, TMT Consulting şirkətinin baş direktoru Konstantin Ankilov qiymət artımlarının yaxınlaşması barədə xəbərdarlıq edib.

Yanvar ayından bəri Çin fiber optik istehsalçıları qiymətləri 2,5-4 dəfə artırıblar. Beləliklə, 2025-ci ilin əvvəlində telekommunikasiya operatorları üçün fiber optik kabellərdə istifadə edilən G.652D fiberinin bir kilometri 16 yuana başa gəlirdi, lakin bir il sonra bu rəqəm 40 yuana yüksəldi.