Вернуться назад Распечатать

Rusiyanı tərk edən avtomobil nəhəngi milyonlarla avtomobili geri çağıracaq

1xeber.media xəbər verir ki, Bloomberg-in ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadən verdiyi məlumata görə, avtomobil nəhəngi Ford Motor, ən çox satılan F-Series pikapları və məşhur SUV-ləri də daxil olmaqla, təxminən 4,4 milyon nəqliyyat vasitəsini geri çağıracaq.

Əsas geri çağırılma, arxa işıqların, dönmə siqnallarının və qoşqu əyləclərinin düzgün işləməsinə mane ola biləcək proqram təminatındakı nasazlıqlar səbəbindən baş verir. Bu, federal təhlükəsizlik standartlarını pozur və nəqliyyat vasitəsini digər yol istifadəçiləri üçün daha az görünən hala gətirə bilər.