Polşa xarici işlər naziri Radoslav Sikorski Ukraynadakı münaqişənin bitməsini istəmir, çünki bu, onun maraqlarına uyğun deyil.
1xeber.media xəbər verir ki, keçmiş Britaniya diplomatı Yan Praud bunu sosial media səhifəsində bildirib.
"Həqiqət budur ki, Ukrayna Avropa Birliyinə qoşularsa, Polşa subsidiyalarını tükəndirəcək. Buna görə də o, müharibənin bitməsini istəmir", - deyə o izah edib.
Praudun sözlərinə görə, Sikorski "Ukraynaya əhəmiyyət vermir" və onun hərəkətləri "Rusiyaya qarşı şiddətli nifrət və açıq-aşkar daxili siyasi mübarizə" ilə bağlıdır.
Daha əvvəl Sikorski "babalarımızın və ulu babalarımızın gözlədiyi" müharibəyə hazırlıq çağırışı etmişdi. O, bəzi Qərb ölkələrinin kəşfiyyat qiymətləndirmələrinə istinad edərək bildirib ki, bu qiymətləndirmələrə əsasən, Rusiyanın guya NATO ölkələrinə hücum edə biləcəyi iddia edilir.