Вернуться назад Распечатать

Nyu-York aeroportu dronlara görə bağlandı

Nyu-York qubernatoru Keti Hoçul gecə saatlarında dronlara görə Stüart hava limanında uçuş-enmə zolaqlarının bağlandığını bildirib.

1xeber.media CBS News-a istinadla xəbər verir ki, aeroport təxminən 1 saat bağlı qalıb.

Nyu-York, Nyu-Cersi və Konnektikut üzərində uçan çoxsaylı dronların mənşəyi ilə bağlı federal hökumətdən cavab tələb olunub.

Ağ Ev dronlardan gələn təhdidləri "etibarsız" adlandıraraq bunu rədd edib.