Вернуться назад Распечатать

Rusiya kəşfiyyatı Ankaranı xəbərdar edib

Rusiya kəşfiyyat xidmətlərində "Türk Axını" və "Mavi Axın" boru kəmərlərini sabotaj etmək cəhdləri barədə məlumatlar var.

1xeber.media  xəbər verir ki, bunu Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

"Məlumatı dəfələrlə türk həmkarlarımıza çatdırmışıq", - Peskov deyib.

Xatırladaq ki, Ukrayna xüsusi xidmətlərinin "Türk Axını" və "Mavi Axın" boru kəmərlərində təxribat törətmə cəhdi barədə Vladimir Putinin FSB-nin idarə heyətinin iclasında məlumat verib.