Вернуться назад Распечатать

Rusiyada saxlanılan Aİ aktivləri hesablanıb

2024-cü ilin sonuna qədər Avropa Birliyi (AB) ölkələrindən Rusiya iqtisadiyyatına qoyulan investisiyaların həcmi 188 milyard dollar təşkil edib.

1xeber.media xəbər verir ki, RİA Novosti milli statistika agentliklərinin məlumatlarına istinadən Rusiyada saxlanılan aktivləri hesablayıb.

Kiprdə qeydiyyatdan keçmiş şirkətlər yerli iqtisadiyyata ən çox investisiya yatırıblar - 101,6 milyard dollar. İkinci yerdə Almaniya hüquqi şəxsləri (19,3 milyard dollar). İlk üçlüyə həmçinin Hollandiyadan olan şirkətlər (15,3 milyard dollar) daxil olub.

Rusiya iqtisadiyyatına aktiv investisiya qoyan ölkələr arasında Fransa (15,1 milyard dollar), İtaliya (13 milyard dollar) və Avstriya (9 milyard dollar) da yer alıb. İlk onluğu Lüksemburq (7,5 milyard dollar) və Macarıstan (1 milyard dollardan çox) tamamlayır.

Avropa Komissiyasının məlumatına görə, Rusiya Mərkəzi Bankının 210 milyard avro dəyərində aktivləri hazırda Aİ-də dondurulub. Bunun 180 milyard avrosu Belçikada, daha 20 milyardı Fransada, qalanları isə Almaniya və Lüksemburqdadır.