1xeber.media xəbər verir ki, Krasnodarın Leninski Rayon Məhkəməsi Krasnodar Vilayət Məhkəməsinin keçmiş sədr müavini İqor Nikolayçuka məxsus 13 milyard rubl, 28 milyon rubl və 2,2 milyon dollar dəyərində aktivləri dövlət xeyrinə müsadirə edib. Bu barədə
Qərar prokurorun iddiasına cavab olaraq verilib. Müsadirə edilən aktivlərə daşınmaz əmlak, beş şirkətdəki səhmlər, bank hesablarındakı nağd pul və nəqliyyat vasitələri daxildir.
Məhkəmə müəyyən edib ki, Nikolayçuk 2007-ci ildən 2018-ci ilə qədər Krasnodar Vilayət Məhkəməsinin hakimi və həmin məhkəmənin sədr müavini vəzifəsində çalışarkən Soçidə elit mənzil binasının qanunsuz tikintisində iştirak edib və bunun müqabilində məhkəmə korpusundakı keçmiş rəhbəri Aleksandr Çernovdan bu yaşayış kompleksində ümumi sahəsi 300 kvadratmetrdən çox olan iki mənzil alıb.
Bundan əlavə, hakimin uğurlu biznesi var idi - PVX məhsulları istehsal edirdi. Onun həmçinin tikinti və daşınmaz əmlak icarəsində kommersiya maraqları var idi. Nikolayçuk ən azı iki milyon dollar qazanmağı bacardı və bu pulları Krasnodarda ticarət və ofis mərkəzi tikməyə sərf etdi.
Keçmiş hakimdən əlavə, iddiada onun qanunsuz sxemlərində iştirak edən daha 15 şəxs və bir şirkət cavabdeh kimi təqdim olunub. Nikolayçuk biznes fəaliyyətinə qoyulan qadağanı pozub.
Prokurorluq həmçinin Krasnodar Vilayət Məhkəməsinin keçmiş sədri Aleksandr Çernov və Leninski Rayon Məhkəməsinin keçmiş hakimi Rüstəm Traxovda müvafiq olaraq 13 milyard və 19 milyard rubl məbləğində qanunsuz aktivlər aşkar edib.