Вернуться назад Распечатать

Bir şərqşünas ABŞ və İsrailin İrandakı əsas məqsədini açıqladı

ABŞ və İsrail hərbi əməliyyatları zamanı İran daxilində çöküş yaratmaq istəyirlər.

1xeber.media xəbər verir ki, Rusiya Beynəlxalq İşlər Şurasının (RIAC) proqram meneceri İvan Boçarov Lenta.ru-ya bildirib.

"Bu dəfə ABŞ və İsrail ölkə daxilində çöküş yaratmağa çalışacaqlar", - deyə o vurğulayıb.

Boçarovun sözlərinə görə, hazırkı əməliyyat, ehtimal ki, 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibədən daha geniş miqyaslı olacaq. O vaxtlar ABŞ və İsrailin hərəkətləri nüvə infrastrukturunu hədəfə alırdı. Lakin şərqşünas hesab edir ki, indi enerji obyektləri, nəqliyyat qovşaqları və limanları hədəfə almaq ciddi sosial-iqtisadi böhrana səbəb ola bilər.

Boçarov əvvəllər Yaxın Şərqdə böyük bir müharibə ehtimalını qiymətləndirmişdi. O hesab edir ki, ABŞ və İsrail əməliyyatının tammiqyaslı münaqişəyə çevrilməsi ehtimalı azdır.