Вернуться назад Распечатать

Şamaxıda yenə zəlzələ oldu

Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb.

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerin 7 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,6 olub.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.