ABŞ Prezidenti Donald Tramp İrandakı yeni liderlərin onunla görüşmək istədiklərini deyib.
1xeber.media xəbər verir ki, Tramp bu haqda “Atlantic” jurnalına müsahibəsində danışıb və qeyd edib ki, təklifi müsbət cavablayıb:
“İranın yeni liderləri mənə görüş təklif etdilər. Danışmaq istəyirdilər, mən də qəbul etdim, buna görə onlarla danışacağam. Bunu əvvəldən etməli idilər. Çox uzun müddət gözlədilər”.