Вернуться назад Распечатать

Levandovski sıradan çıxdı

"Barselona"nın hücumçusu Robert Levandovski İspaniya Kubokunun yarımfinal mərhələsinin "Atletiko" ilə cavab oyununu buraxmalı olacaq.

1xeber.media xəbər verir ki, klubun yaydığı məlumata görə, polşalı forvard "Vilyarreal"la matçda (4:1) başından ciddi zədə alıb. Bu gün keçirilən tibbi müayinələr nəticəsində futbolçunun sol göz yuvasının daxili hissəsində sümük sınığı aşkar edilib. Bu səbəbdən o, martın 3-ü "Atletiko"ya qarşı baş tutacaq matçda iştirak edə bilməyəcək.

Xatırladaq ki, “Kamp Nou”da baş tutacaq qarşılaşma kataloniyalılar üçün olduqca çətin sınaq olacaq. Çünki Madrid təmsilçisi ilə ilk görüşdə “Barselona” 0:4 hesablı məğlubiyyətlə üzləşib.