Вернуться назад Распечатать

Müdafiə naziri Dubaydan hərbi təyyarə ilə qayıtdı

İtaliyanın müdafiə naziri Dubaydan hərbi təyyarə ilə qayıtdığını bildirib.
1xeber.media xəbər verir ki,bu barədə nazir sosial şəbəkədə yazıb:
“Dünəndən etibarən mürəkkəb vəziyyətlə məşğulam və bütün zəruri texniki vasitələrdən, o cümlədən xaricdə istifadə edirəm. İtaliyaya hərbi reyslə qayıdacağam, lakin bir saat əvvəl öz qərarımla 31-ci eskadrilyanın komandanlığına dövlət reysləri üçün sərnişin tarifindən üç dəfə artıq məbləğ köçürdüm. Bu, dövlət təyyarəsindən istifadə etdiyimə görə hər hansı ittiham ehtimalını istisna edir”.
Qrozetto İran ətrafındakı vəziyyətlə bağlı hava məkanının bağlanması səbəbindən Dubayda qalmalı olub. O, BƏƏ-də ailəsi ilə birlikdə idi.