İrana qarşı hərbi əməliyyat fonunda dünya bazarında neftin qiyməti 13% artıb.
“Kommersant” nəşrinin diqqət çəkdiyi məlumata görə, son 8 ayda ilk dəfə olaraq Londonun ICE birjasında Brent markalı neftin may fyüçerslərinin dəyəri hərracların açılışında 81,5 dollar səviyyəsində qərarlaşıb.
Hərrac məlumatlarından göründüyü kimi, daha sonra qiymət 79,4 dollara (+9,02%) qədər enib. Qeyd edək ki, Brent markalı neftin bir barelinin qiyməti sonuncu dəfə 2025-ci il iyunun 23-də 81 dolları keçib.