Dubayda azərbaycanlı turist İranın BƏƏ-yə hücumu zamanı qəlpə yarası alıb.
Bu barədə Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ koordinatoru Nuranə Hüseynova məlumat verib.
O qeyd edib ki, bir gün əvvəl diaspor nümayəndələri Sərxan adlı turist gənci xəstəxanada ziyarət ediblər. O, qolundan qəlpə yarası alıb. Hazırda onun həyatı üçün təhlükə yoxdur. Həkimlər onun iki-üç günə evə buraxılacağını təxmin edirlər..
Minval