Вернуться назад Распечатать

Səudiyyə Ərəbistanının İranın hücumlarına cavab vermək planları açıqlanıb

1xeber.media xəbər verir ki, İsrailin 9-cu Kanalının AFP-yə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı İranın hücumlarına hərbi cavab verə bilər.

Səudiyyə Ərəbistanı hökumətinə yaxın bir mənbə bildirib ki, "Ər-Riyad İranın Səudiyyə Ərəbistanının neft obyektlərinə koordinasiyalı hücumuna hərbi cavab verə bilər".

Daha əvvəl İranın dünyanın ən böyük neft emalı zavodlarından biri olan Ras Tanuradakı Saudi Aramco neft emalı zavoduna hücum etdiyi bildirilmişdi.

Ölkənin Energetika Nazirliyi obyektə kiçik ziyan dəydiyini qeyd edib.