1xeber.media xəbər verir ki, ABŞ-ın Hərbi Katibi Pit Heqset dünya miqyasında amerikalılara hücum edən hər kəsi məsuliyyətə cəlb etməklə hədələyib. O, bu açıqlamanı İrandakı vəziyyətlə bağlı mətbuat konfransında verib.
Pentaqon rəhbəri vurğulayıb ki, "Əgər siz dünyanın istənilən yerində amerikalıları təhdid etsəniz, biz sizi üzr istəmədən və tərəddüd etmədən təqib edəcəyik və sizi məhv edəcəyik".
Bir müddət əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkəsinin uzunmüddətli müharibəyə hazır olduğunu bildirib.