Daşkəsən rayonunda bədbəxt hadisə baş verib.
1xeber.media-nın məlumatına görə, hadisə rayon ərazisində yerləşən qızıl mədənlərindən birində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü C. Məhərrəmov işlədiyi mədəndə ehtiyatsızlıq nəticəsində başına daş parçasının düşməsi səbəbilə xəsarət alıb. O, kəllə-beyin travması və baş nahiyəsinin yaralanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib. Hazırda 33 yaşlı kişinin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.