Вернуться назад Распечатать

HK sədri “Şamaxı” – “Neftçi” oyunundakı qalmaqallı epizodu şərh etdi - Video

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 22-ci turunda keçirilmiş oyunlardakı mübahisəli epizodları şərh edib.

1xeber.media xəbər verir ki, komitə sədri ötən turda qeydə alınmış mübahisəli vəziyyətlərlə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, “Şamaxı” – “Neftçi” oyununda hakim Kamranbəy Rəhimov son dəqiqədə qonaqların qapısına qalmaqallı penalti təyin etmişdi. “Neftçi” tərəfi isə epizod haqqında bəyanat yaymışdı.