Вернуться назад Распечатать

ABŞ İrana qarşı yeni raketdən istifadə etdi

 ABŞ İrana qarşı əməliyyat çərçivəsində yeni raketdən istifadə edib.

1xeber.media xəbər verir ki,ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı yeni Precision Strike Army (PrSM) ballistik raketi ilk dəfə döyüş şəraitində tətbiq olunub. Bu barədə Forbes yazır.

The War Zone (TWZ) portalı da ABŞ Silahlı Qüvvələrinin yeni qısa mənzilli Precision Strike Missile ballistik raketlərini ilk dəfə istifadə etdiyini bildirir. Materialda qeyd olunur ki, bu raketlər təxminən iki il əvvəl silahlanmaya qəbul edilib və əvvəlki sistem - ordu taktiki raket kompleksi (ATACMS) ilə müqayisədə “xeyli daha böyük uçuş məsafəsi” nümayiş etdirir.

Bundan əlavə, zərbə zonası da genişləndirilib.

TWZ yazır ki, PrSM raketinin baza versiyası ən azı 500 km məsafəni vurmaq imkanına malikdir. Gələcəkdə ABŞ hərbçiləri uçuş məsafəsini 650 km-ə çatdırmağı, həmçinin 1 min km-ə qədər uzaqmənzilli versiyanı hazırlamağı planlaşdırır.

Bu göstəricilər sələfi olan ATACMS sistemindən xeyli yüksəkdir - nəşrin vurğuladığına görə, ən uzaqmənzilli ATACMS raketlərinin maksimal məsafəsi təxminən 300 km təşkil edir.