Вернуться назад Распечатать

Bayram Nurlu deputat Elşən Musayevin partiyasına üzv oldu

Ekstrasens, özünü "Instagram" fenomeni hesab edən Bayram Nurlu  Milli Məclisin deputatı Elşən Musayevin rəhbərlik etdiyi Azərbaycan Demokratik Maarifçilik Partiyasına üzv qəbul edilib. 

1xeber.media 32gun.az-a istinadla  bildirir ki, bu barədə Jurnalist Zülfüqar Xeyirxəbər sosial şəbəkədə  məlumat verib.

Jurnalist yarızarafatla qeyd edib ki, Bayram Nurlunun siyasətə gəlişindən sonra digər siyasi partiyaların fəaliyyəti artıq mənasını itirir:

"Bayram Nurlu aktiv siyasətə qoşulur. O, deputat Elşən Musayevin partiyasına üzv olub. Məncə digər partiyalar daha özünü buraxsın. Çünki, Bayramla rəqabətə girmək üşün adamın gərək güclü arxası olsun"-deyə X.Xeyirxəbər qeyd edib.