1xeber.media xəbər verir ki, İran neftin qiymətini bir barel üçün 200 dollara qaldırmaqla hədələyib. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanının müşaviri general İbrahim Cabari bildirib ki, bu, Hörmüz boğazının gəmiçilik üçün bağlanması səbəbindən baş verəcək.
"Biz Hörmüz boğazını bağladıq. Neftin qiyməti artıq 80 dolları keçib və tezliklə 200 dollara çatacaq", - deyə zabit vurğulayıb.
O, əlavə edib ki, ABŞ neftdən çox asılıdır və qiymətlərin artması fonunda borc və daxili problemlərdən əziyyət çəkir.
Daha əvvəl İİKK Hörmüz boğazından keçməyə çalışan istənilən gəmini yandırmaqla hədələyib. Onlar lazım gələrsə, bölgədəki boru kəmərlərinə hücum etməyə və neft ixracını bloklamağa, bununla da düşməni çətin vəziyyətə salmağa hazır olduqlarını vurğulayıblar.