1xeber.media xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki ABŞ konsulluğunun yaxınlığında yanğın baş verib.
"Dubaydakı Amerika konsulluğuna hücum edilib", - deyə məlumatda bildirilir.
ABŞ konsulluğunun yaxınlığında tüstü və alov buludlarının göründüyü bildirilir. İlkin məlumatlara görə, İran pilotsuz təyyarəsi obyektə zərbə endirib.
Daha əvvəl Fars körfəzinin böyük şəhərlərində güclü partlayışlar eşidilib. Şahidlər Dubay, Əbu-Dabi və Dohada güclü partlayışların eşidildiyini bildiriblər.