Cari ilin yanvar-fevral aylarında pensiya , müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə ümumilikdə 1 milyard 747,55 milyon manat vəsait ödənilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bu məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 174,81 milyon manat və ya 11,11 faiz çoxdur.