Вернуться назад Распечатать

İranın hərbi gəmisi vuruldu, xeyli sayda ölən var - YENİLƏNİB (VİDEO)

Şri-Lanka sahilləri yaxınlığında İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin batması nəticəsində azı 80 nəfər ölüb.

1xeber.media xəbər verir ki, bu barədə Şri-Lankanın xarici işlər nazirinin müavini yerli televiziya kanalına açıqlamasında bildirib.

Bildirilib ki, hadisə Hind okeanında baş verib. Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi daha əvvəl gəminin sənədlərinə əsasən, onun göyərtəsində ümumilikdə 180 nəfərin olduğu ehtimal edildiyini açıqlamışdı. Şri-Lanka donanması İranın “IRIS Dena” adlı hərbi gəmisindən daxil olan fövqəladə siqnal əsasında həyata keçirilən xilasetmə əməliyyatı zamanı 32 nəfəri sudan çıxara bilib.

Rəsmi rəqəmlər təsdiqlənərsə, hazırda təxminən 68 nəfərin taleyi naməlum olaraq qalır.

*** 14:17

Şri-Lanka sahillərində İran gəmisinə sualtı qayıq hücumu olub. Zərbədən sonra azı 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb.

1xeber.media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Şri-Lankanın müdafiə nazirliyi adanın təxminən 25 mil cənubda batmış İranın "İris Dena" hərbi gəmisinin digər heyətini axtardığını bildirib.

Şri-Lankanın xarici işlər naziri Vajitha Herat parlamentə bildirib ki, yaralı dənizçilər adanın cənubundakı xəstəxanaya aparılıblar.

180 heyətdən ibarət İranın Cənub Donanmasına məxsus "Moj" seriyalı freqat səhər tezdən təcili yardım siqnalı verib.