Вернуться назад Распечатать

Dubaya PUA hücumunda 160 ABŞ hərbçisi həlak olub?

İran Dubayda yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə (PUA) endirilən zərbələr nəticəsində 100-dən çox dəniz piyadasının öldürüldüyünü iddia edib.

1xeber.media “Mehr”ə istinadla xəbər verir ki, bu barədə məlumatı “Xatəm əl-Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının sözçüsü agentliyə açıqlamasında deyib.

Qərargahın iddiasına görə, hücum zamanı bazada olan 160 amerikalı hərbçidən böyük əksəriyyəti zərərsizləşdirilib.

Xatırladaq ki, fevralın 28-dən bəri davam edən və Ali Lider Əli Xameneinin ölümü ilə nəticələnən ABŞ-İsrail hərbi əməliyyatlarına cavab olaraq İran “Müqavimət Oxu” vasitəsilə regiondakı Amerika bazalarına, o cümlədən Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki obyektlərə kütləvi raket və PUA zərbələri endirməkdədir.