Вернуться назад Распечатать

Pezeşkian bu Avropa ölkəsinə təşəkkür etdi

İspaniyanın İrana qarşı yönəlmiş sionist–Amerika koalisiyasının açıq-aşkar insan hüquqları pozuntularına və hərbi təcavüzünə qarşı məsuliyyətli mövqe sərgiləməsi göstərir ki, Qərbdə hələ də əxlaq və ayıq vicdan mövcuddur.

1xeber.media xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian X hesabında yazıb.

“Mən İspaniya rəsmilərinin tutduğu mövqeləri təqdir edirəm”, - prezident vurğulayıb.

İspaniya ABŞ bazalarından istifadə etməyə icazə verməyib və İrana hücumları dəstəkləmədiyini bəyan edib.