İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani “Neynəva düzənliyi əməliyyat sektorundakı bütün kəşfiyyat rəsmilərini” istefaya göndərib.
1xeber.media xəbər verir ki,bu qərar, Kürdüstan regionuna endirilən pilotsuz uçuş aparatı (PUA) zərbələrinin əksəriyyətinin məhz həmin ərazidən həyata keçirilməsi barədə xəbərlər fonunda verilib.
Həmçinin bugün Neynəva düzənliyi rayonunda "Peşmərgə" postlarının yaxınlığında PUA-ları havaya qaldıran qrupla "Peşmərgə" qüvvələri arasında qısamüddətli toqquşmaların baş verdiyi barədə təsdiqlənməmiş məlumatlar yayılıb.