“Kürdüstan regionu öz neytrallığını tam şəkildə qoruyub saxlayacaq” - deyə o vurğulayıb.
Bununla belə, İran Kürdüstanı Demokrat Partiyasının (PDKI) lideri Mustafa Hicri bütün İranda, xüsusilə də Kürdüstanda vicdanı olan və azadlıq istəyən bütün əsgər və hərbçiləri qarnizonları, təhlükəsizlik bazalarını, eləcə də SEPAH-ın, ordunun və rejimin silahlı qüvvələrinin bazalarını tərk etməyə çağırıb:
“Onlar üzərilərinə qoyulmuş vəzifələri və xidməti buraxaraq ailələrinin yanına qayıtmalıdı.”
Hicri qeyd edib ki, “bu addım həm özlərini hücumlardan qorumaq, həm də rejimin (İran hakimiyyəti nəzərdə tutulur) silahlı və repressiv qüvvələrinə dəstəkdən imtina etmək üçün atılmalıdı.”
Eyni zamanda məlum olub ki, İranın xarici işlər naziri Abbas Araqçı, kürdlərin İran ərazisinə quru hücumuna başlaması barədə xəbərlərdən sonra İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani və İraq Kürdüstan Vətən İttifaqının rəhbəri ilə telefon danışığı aparıb. İran mediasının məlumatına görə, İraqın Baş naziri Araqçıya bildirib ki, İraq hökuməti heç bir halda öz sərhədlərindən İslam Respublikasına qarşı hər hansı təhdidin yaranmasına icazə verməyəcək.