Вернуться назад Распечатать

20 minə yaxın dənizçi hərəkətsiz qalan gəmilərdə çarəsiz vəziyyətdə qalıb

Hörmüz boğazında hərəkətin faktiki dayanması səbəbindən 20 minə yaxın dənizçi hərəkətsiz qalan gəmilərdə çarəsiz vəziyyətdə qalıb.

1xeber.media xəbər verir ki,"The National" nəşrinin verdiyi məlumata görə, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes bildirib.
“Hazırda üzləşdiyimiz vəziyyət böyük narahatlıq doğurur... Mövcud durum səbəbindən 20 min dənizçi gəmilərdə qalıb” — deyən Dominqes, dünya neft ixracının böyük hissəsinin məhz Hörmüz boğazından keçdiyini xüsusi vurğulayıb.
Onun sözlərinə görə, Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən bu boğazda hərəkətin məhdudlaşdırılması qlobal ticarət və gəmiçilik təhlükəsizliyi üçün mənfi fəsadlar törədir.