Ölkənin Xarici İşlər Nazirliyi onlara Ekvador ərazisini tərk etmək üçün 48 saat vaxt verib - bu barədə "Reuters" agentliyi məlumat yayıb.
1xeber.media xəbər verir ki,Kuba Xarici İşlər Nazirliyi isə öz növbəsində bu qərarı "özbaşına və əsassız", həmçinin ölkələr arasındakı tarixi əlaqələrə xələl gətirən "qeyri-dost və görünməmiş bir addım" adlandırıb.
Havana hesab edir ki, bu deportasiya martın 7-si və 8-də Mayamidə 12 Latın Amerikası dövlətinin nümayəndələrinin iştirakı ilə keçiriləcək sammit ərəfəsində "ABŞ-ın təzyiqi" ilə bağlı ola bilər.
"Reuters" mənbələrinin məlumatına görə, Ekvador polisi və hərbçiləri Kitodakı Kuba səfirliyinin ətrafında patrul xidməti aparır.
Ekvador səfirin qovulması addımının Kuba ilə diplomatik münasibətlərin kəsilməsi mənasına gəlib-gəlmədiyini dəqiqləşdirməyib. Qərarın rəsmi səbəbləri də açıqlanmayıb, hakimiyyət yalnız Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə istinad edib