Вернуться назад Распечатать

Rusiya İran ətrafındakı münaqişənin nizamlanmasında vasitəçilik xidmətləri göstərməyə hazırdır

Rusiya İran ətrafındakı münaqişənin nizamlanmasında vasitəçilik xidmətləri göstərməyə hazırdır.

1xeber.media xəbər verir ki,Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov "İzvestiya" qəzetinə müsahibəsində belə deyib.
Onun fikrincə, Tehran Rusiyanın vasitəçilik xidmətlərindən məmnuniyyətlə istifadə edərdi.
"Lakin amerikalılar vasitəçilərə ehtiyac duymadıqlarını nümayiş etdirirlər. Guya Vaşinqton mövcud tapşırıqların öhdəsindən müstəqil şəkildə gələcək. Əslində isə bu, amerikalılarda çox pis alınır", — deyə Ulyanov bildirib.