Dağlıq Şirvan Regional Təhsil İdarəsi xidməti nəqliyyat vasitələrinin fəaliyyətini təmin etmək məqsədilə "Aİ-95" markalı benzin yanacağının satınalınması prosesini yekunlaşdırıb.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, Satınalma müsabiqəsinin nəticələrinə əsasən, "Azpetrol LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4.608 AZN dəyərində rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasovdur. O, 22 aprel 2025-ci il tarixində Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə təyin edilmişdir.