Вернуться назад Распечатать

İranın BƏƏ-yə atdığı ballistik raketlərin sayı kəskin azalıb - FT

İranın BƏƏ-yə atdığı ballistik raketlərin sayı kəskin azalıb - FT

1xeber.media xəbər verir ki,məqalədə deyilir ki, ABŞ və İsrailin 28 fevralda başlayan birgə əməliyyatından bəri İran BƏƏ-yə cəmi 189 ballistik raket atıb. Bunlardan 137-si müharibənin ilk günü olan şənbə günü, 28-i 1 martda, cəmi 3-ü isə 4 martda atılıb.
Eyni zamanda, İran ərazisindən BƏƏ istiqamətinə göndərilən PUA-ların sayında azalma o qədər də nəzərəçarpan deyil. 28 fevralda 209, 1 martda 332, 2 martda 148, 3 martda 123 və 4 martda 129 pilotsuz uçuş aparatı buraxılıb.
"Biz İranın raket zərbələrinin sayının azaldığını görməyə başlayırıq. Bu, ABŞ və İsrailin buraxılış qurğularının məhv edilməsi və müvafiq sistemlərə zərbələr endirilməsi üzrə fəaliyyəti ilə bağlıdır", — deyə nəşr qərbli rəsmilərdən birinin sözlərini sitat gətirir.
Eyni zamanda, "Financial Times" istisna etmir ki, ballistik raket buraxılışlarının sayının azalması İslam Respublikasının silahlarını daha uzunmüddətli müharibə üçün saxlaması mənasına da gələ bilər.
Belə ki, ekspertlər diqqəti ona çəkirlər ki, ötən ilin iyununda ABŞ və İsrailin İrana qarşı 12 günlük zərbələri zamanı Tehran özünün ən yaxşı raketlərini münaqişənin sonuna qədər, yəni İsrailin HHM sistemləri üçün raket-tutan ehtiyatları tükənməyə başlayana qədər qorumuşdu.