Вернуться назад Распечатать

London yaşıl işıq yandırdı: B-2A bombardmançıları Britaniya aviabazalarında

Bu həftə ABŞ İrana zərbələr endirmək üçün Britaniyanın aviabazalarında B-2A "Spirit" strateji stels-bombardmançılarını yerləşdirəcək.

 1xeber.media bildirir ki,bu barədə "The Telegraph" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir.

Nəşrə danışan rəsmi şəxslərin bildirdiyinə görə, Amerika təyyarələri yaxın günlərdə İngiltərədəki "Ferford" (Fairford) aviabazasına və Hind okeanındakı Diyeqo-Qarsiya adasına eniş edəcək.
Pentaqonun məlumatına görə, əməliyyat başlayandan bəri strateji bombardmançılar İranın ballistik raketlərinin saxlandığı və yerləşdirildiyi mühafizə olunan obyektlərə zərbə endirmək üçün dörd dəfə istifadə olunub.
Təyyarələr bu məqsədlə ABŞ-ın materik hissəsindən İrana qədər və geriyə 37 saatlıq fasiləsiz uçuşlar həyata keçiriblər. Britaniya bazalarından istifadə onlara İrana uçuş müddətinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verəcək.