Вернуться назад Распечатать

İsrail qüvvələri Tehranda İranın raket istehsalı obyektlərinə və buraxılış qurğularına zərbələr endirib

İsrail qüvvələri Tehranda İranın raket istehsalı obyektlərinə və buraxılış qurğularına zərbələr endirib.

1xeber.media xəbər verir ki,bu barədə İsrailin ABŞ-dakı səfiri Yehiel Leyter məlumat verib, "Iran International" xəbər verir.
O bildirib ki, İsrail qüvvələri F-35 vasitəsilə İranın Rusiya istehsalı olan hərbi təyyarəsini vurub, həmçinin İranın bütün zərbə pilotsuz təyyarələrini hələ İsrailin hava məkanına daxil olmamışdan əvvəl zərərsizləşdirib.
"Həmçinin İsrail qonşu ölkələri, xüsusən də BƏƏ-ni təhdid edən raketləri vurdu və ölkə qüvvələri İran rejimi liderlərini, eləcə də qalan buraxılış qurğularını izləməyə davam edir", — deyə o qeyd edib.