Вернуться назад Распечатать

İran Oman körfəzində ABŞ təyyarədaşıyan gəmisinə hücum etdiyini iddia edir

1xeber.media xəbər verir ki, İran Silahlı Qüvvələrinin Döyüş Komandanlığının (Xatəm əl-Ənbiya) Birgə Qərargahı Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Abraham Linkoln təyyarədaşıyan gəmisinə zərbə endirildiyini elan etdi.

Xatəm əl-Ənbiya sözçüsü iddia etdi ki, İranın dəniz sərhədlərinə 340 kilometr yaxınlaşan gəmiyə İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz dronları hücum edib. "Zərbədən sonra təyyarədaşıyan gəmi esminesləri ilə birlikdə yüksək sürətlə qaçıb və hazırda bölgədən 1000 kilometrdən çox məsafədədir", - deyə İran ordusu bildirib.

Martın 1-də Abraham Linkolnun dörd qanadlı raketlə hücuma məruz qaldıqdan sonra İran sərhədləri yaxınlığındakı mövqeyini tərk etməyə məcbur olduğu və Hind okeanına doğru getdiyi bildirilib. ABŞ Mərkəzi Komandanlığı daha sonra gəmiyə uğurlu zərbə endirilməsi xəbərini təkzib edərək raketlərin hədəfə çata bilmədiyini bildirib.