Вернуться назад Распечатать

İran İsrailin əsas hava limanını raketlə vurdu

1xeber.media xəbər verir ki, Tasnim xəbər agentliyinin məlumatına görə, İran İsrailin Tel-Əviv yaxınlığındakı əsas hava limanına raket zərbəsi endirib.

Məlumatda deyilir ki, "İran raketi Ben Qurion hava limanına dəyib".

Martın 5-də İran bir tonluq döyüş başlığı olan Xorrəmşəhr-4 ağır raketlərindən istifadə edərək İsrailə zərbə endirib. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) həmçinin İsrail Müdafiə Nazirliyinin binasına da zərbə endirib.