Вернуться назад Распечатать

Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verildi

Həm Tehrandakı səfirlik, eyni zamanda Təbrizdəki Baş konsulluğun evakuasiyası ilə bağlı tapşırıqlar verilib.

1xeber.media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini ilə birgə mətbuat konfransında deyib.