Macarıstan Ukraynadan Macarıstan ərazisindən külli miqdarda pulun daşınması ilə bağlı izahat tələb edir.
1xeber.media xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Xarici işlər naziri qeyd edib ki, "Bunun Ukrayna hərbi mafiyasına məxsus pullarla bağlı olub-olmadığı ilə bağlı haqlı olaraq sual yaranır. Biz Ukrayna tərəfindən bu ciddi məsələlərlə bağlı dərhal cavab və izahat tələb edirik".
Siyarto hüquq-mühafizə orqanlarının Ukraynanın Oşadbankından qiymətli əşyaların daşınması üçün istifadə edilən zirehli texnikaları müsadirə etdiyini və çirkli pulların yuyulması ilə bağlı şübhəli araşdırma başlatdığını təsdiqləyib.
Daha əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sibiha Macarıstan hakimiyyətini yeddi macar nağd pul keşikçisini və qızılın olduğu nağd pul furqonlarını ələ keçirməkdə ittiham edib.