Tehranın qərbində yerləşən Mehrabad beynəlxalq hava limanı İsrailin yeni zərbələrindən sonra yanır.
1xeber.media xəbər verir ki,məlumatlara görə, paytaxt üzərində güclü partlayışlar eşidilib və hava limanı ərazisində böyük yanğın başlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə aeroport ətrafında güclü alov və qalın tüstü görünür.
Şahidlərin sözlərinə görə, zərbələrdən sonra uçuş zolağı və aeroport kompleksinin bəzi hissələri alova bürünüb, bəzi təyyarələrin də yanması barədə məlumatlar var.
Mehrabad hava limanı Tehranın əsas daxili uçuş mərkəzlərindən biridir və şəhər daxilində yerləşir