Вернуться назад Распечатать

Venesuela ABŞ ilə fikir ayrılıqlarını diplomatik yolla həll etməyi təklif edir

 Venesuela ABŞ ilə diplomatik və konsulluq münasibətlərini bərpa edib və iki ölkə arasında mövcud olan tarixi fikir ayrılıqlarını həll etməyi təklif edir.

1xeber.media xəbər verir ki,bu barədə Bolivar Respublikası prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqes Venezolana de Televisión telekanalının efirində bildirib.

Rodriqes deyib: “Biz ABŞ hökuməti ilə diplomatik və konsulluq münasibətlərini bərpa etdik və bunu 3 yanvar hücumu zamanı döyüşdə həlak olan qəhrəmanlarımızın xatirəsi qarşısında deyirik”.
O qeyd edib ki, Venesuela ABŞ-a “üz-üzə görüşərək tarixi fikir ayrılıqlarını tənzimləməyi və onları diplomatik yolla həll etməyi” təklif edir.
Rodriqes həmçinin qarşılıqlı hörmət və beynəlxalq hüquqa riayət prinsiplərinə əsaslanan ikitərəfli iş gündəliyinin yaradılmasını təklif edib.