Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Əl-Xarc yaxınlığındakı aviabazaya yönəlmiş raketi vurub.
Raket ABŞ hərbçilərinin yerləşdiyi Şahzadə Sultan aviabazası istiqamətində buraxılmışdı.
1xeber.media xəbər verir ki,bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Həmçinin hava hücumundan müdafiə qüvvələri Rub-əl-Xali səhrası bölgəsində altı pilotsuz uçuş aparatını məhv edib.
Nazirlik dronların buraxılmasını “Şeybə yatağına hücum cəhdi” adlandırıb.