Kürdəmirdə iftar mərasimi təşkil edilib. Rayonun icra başçısı Elşən Həsənli, şəhid ailələri, müharibə əlilləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhidlərin ruhlarına dualar oxunub, əziz xatirələri anılıb.
1xeber.media xəbər verir ki,tədbirin sonunda icra başçısı Elşən Həsənli tədbirdə iştirak edən qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.







