Вернуться назад Распечатать

76 nəfər İrandan Azərbaycana keçdi - YENİLƏNİB

Bu gün səhər saatlarından etibarən axşam saat 21:00-dək 76 nəfər İrandan Azərbaycan sərhədi ilə təxliyə edilib.

1xeber.media xəbər verir ki, onlardan 1 nəfəri Avstriya səfiri, 8 nəfəri (1 ABŞ, 2 Yaponiya, 1 Pakistan, 4 Avstriya) isə İranda fəaliyyət göstərən xarici səfirliklərin diplomatları olub. 

Həmçinin 3 nəfər Azərbaycan, 11 nəfər Yaponiya, 5 nəfər Özbəkistan, 2 nəfər Nigeriya və 42 nəfər Çin vətəndaşları İrandan Azərbaycan sərhədi ilə təxliyə edilib.

Xəlil Əliyev

***

14:20

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

1xeber.media xəbər verir ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə əcnəbilərin təxliyə prosesi mərhələli şəkildə həyata keçirilir. Bu gün səhər saatlarından etibarən daha 16 Çin vətəndaşı təxliyə olunaraq sərhəddən keçib və Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.